06 noyabr 2019 12:46
295

Bakıda erməni mahnısı səsləndirib, azərbaycanlıları təhqir edənlərə BÖYÜK ŞOK

Bakıda avtomobilində erməni dilində mahnı səsləndirib video paylaşan şəxslər saxlanılıb.

Bu barədə Publika.az-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb. Faktla bağlı müvafiq olaraq, araşdırmalar aparılır, təfərrüatları öyrənilir.

Trend