15 may 2019 11:18
115

Bakıda "Futbol və Biznes" sammiti işə başlayıb

Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə "Futbol və Biznes" sammiti işə başlayıb.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, “Fairmont” otelində keçirilən tədbirdə AFFA rəsmiləri, fransalı dünya və Avropa çempionu Rober Pires, Azərbaycan milli komandalarının baş məşqçiləri, klub rəsmiləri və digər şəxslər iştirak edirlər.

Tədbirdə xarici və yerli mütəxəssislərin iştirakı ilə futbolun makroiqtisadi təsiri, futbol və biznes münasibətləri mövzusunda fikir mübadiləsi aparılacaq. Həmçinin vergi qanunvericiliyindəki müvafiq dəyişiklik müzakirə ediləcək.

Proqrama əsasən, "Futbolun Makroiqtisadi təsiri", "Futbol İnvestisiyasından sosial fayda" və "Futbol tərəfdaşlığının biznesə təsiri" mövzularında panellər və sual-cavab olacaq.

Qeyd edək ki, Rober Pires tədbirə "Futbol və Biznes" sammitinin rəsmi ulduz səfiri kimi qatılıb.