12 oktyabr 2019 11:11
89

Bakıda hazırlıq kursuna gedən 18 yaşlı qız itkin düşdü

Bakıda daha bir qız itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllə, ev 216, mənzil 127-də yaşayan, 2001-ci il təvəllüdlü Mirzəyeva Mədinə İmran qızı oktyabrın 8-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

M.Mirzəyeva evdən çıxarkən paytaxtın Nərimanov rayonu ərazisindəki hazırlıq kursuna getdiyini desə də, yolda itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.