05 noyabr 2019 11:08
77

Bakıda iki avtobus TOQQUŞDU: 8 nəfər xəsarət aldı

Bakının Nizami rayonunda - "8-ci kilometr" bazarının yanında iki marşrut avtobusunun toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə barədə təcili tibbi yardıma çağırış saat 22:20-də məlumat daxil olub. Hadisə yerinə 5 briqada göndərilib:

"Ümumilikdə 8 nəfər hospitalizə olunub. Onların 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbbi Mərkəzə, digər 7 nəfər isə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb".