19 noyabr 2019 10:57
729

Bakıda oyun olacaq

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

“Report” xəbər verir ki, “Dalğa Arena”da baş tutacaq matç saat 18:00-da başlayacaq.

“CBC Sport” telekanalının canlı yayımlayacağı görüşün baş hakimi Orxan Məmmədov olacaq. Ona Namik Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.