21 iyun 2019 11:06
1294

Bakıda qadın özünü körpüdən atdı- VİDEO

Bakıda səhər saatlarında qadın intihara cəhd edib.

Bu barədə  hadisə şahidləri məlumat verib.

Hadisə Ziya Bünyadov prospektində baş verib.

 Videodan da görünür ki, gənc qadın prospektdəki körpüyə qalxaraq, var-gəl edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Onu fikrindən daşındırmaq istəsələr də, qadın özünü körpüdən atıb.

Şahidlərin sözlərinə görə, yolda açılan hava yastığı qadını xilas edib. (Oxu.az)