26 yanvar 2021 19:08
931

Bakıda qadının intiharı ilə bağlı araşdırma başlanıb

Bakıda qadının intiharı ilə bağlı araşdırmalar başlanıb.

"İki sahil" xəbər verir ki, hadisə yanvarın 26-da saat 17 radələrində paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Rayon sakini 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

Fakt üzrə hazırda Binəqədi rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.