11 iyun 2019 18:03
313

Bakıda sərnişin avtobusu qəza törədib

Paytaxtın Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, 104 saylı marşrut xətti üzrə hərəkət edən avtobus Zığ yolunda qəza törədib. İlkin məlumata görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.