08 oktyabr 2019 17:37
90

Bakıda tapança ilə gəzən qadın tutuldu

Bakıda qadından silah götürülüb.

"İki sahil" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 7-də Sabunçu rayonu ərazisindəki inzibati binaların birində Bakı şəhər sakini P.Axundovanın çantasına Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən texniki qurğu vasitəsi ilə baxış zamanı oradan pnevmatik tapança və ona aid 3 ədəd patron aşkar edilərək götürülüb.

P.Axundzadə müvafiq araşdırmaların aparılması üçün Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə təhvil verilib.