25 sentyabr 2020 00:04
778

Bakıda yanğın: Küçədə hərəkət dayandırılıb

Bir az əvvəl Bakının Təbriz küçəsində iaşə obyektində yanğın baş verib.

“İki sahil” xəbər verir ki. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, yanğınsöndürmə texnikaları əraziyə cəlb olunduğundan Təbriz küçəsinin bu hissəsində hərəkət dayandırılıb.

Bu hal ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaradıb.