05 fevral 2019 18:04
234

Bakının bu küçəsində maşın saxlamayın

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 26-28 aprel 2019-ci il tarixlərində baş tutacaq növbəti Azərbaycan Qran-Prisinə hazırlıq məqsədilə trekin ətrafına baryerlər quraşdırmağa davam edir.

İndiki mərhələdə Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrinə baryerlər qoyulur.

BŞH şəhər sakinlərindən xahiş edir ki, gecə saatlarında (22:00-06:00) Xəqani küçəsinin bu hissəsində avtomobillərini saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər.