12 fevral 2020 14:43
474

Bakının iki rayonunda su olmayacaq

Bu gün Bakının iki rayonuna içməli suyun verilişi dayandırılacaq. "İki sahil" xəbər verir ki, bununla bağlı “Azərsu” ASC məlumat yayıb.

Məlumatda bildirilir ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.