19 iyul 2019 10:16
282

Bakıxanov qəsəbəsinin təbii qaz təchizatında məhdudiyyət olacaq

Saat 10:00-dan Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsində 15 min istehlakçının təbii qaz təchizatı dayandırılacaq. Bu, əsasən N.İsmayılov prospekti, Z.Bünyadov və Ş.Kamilov küçələrini əhatə edəcək. Təchizatın dayandırılması “Bakıxanov” qazpaylayıcı stansiyasında aparılacaq bəzi yenidənqurma işləri ilə bağlıdır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.