14 may 2019 13:35
85

“Baku Open Cyber Cup” kiber idman turniri keçiriləcək

İyunun 1-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən “Baku Open Cyber Cup” kiber idman turniri keçiriləcək.

Bu barədə “İnnovasiya Festivalı”na həsr olunmuş mətbuat konfransda Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimov deyib.

Nazirlik nümayəndəsi bildirib ki, turnirdə “playstation” platformasında 2 oyun növü üzrə yarışlar təşkil olunacaq: “Turnirdə 15 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Hər bir oyun üzrə seçilmiş 32 iştirakçı iyunun 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək turnirdə gücünü sınayacaq. Olimpiya sistemi üzrə keçiriləcək oyunun qalibləri pul mükafatı ilə təltif ediləcəklər”, - deyə o əlavə edib.