28 mart 2020 12:32
1582

"BakuBus"larda məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, qaydalara əsasən mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.

Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edilir:

"Hörmətli sərnişinlər, yalnız zəruriyyət olduğu halda ictimai nəqliyyatdan istifadə edin".