13 yanvar 2020 16:51
78

Balakəndə 4 otaqlı ev yanıb

Balakən rayonunda ümumi sahəsi 130 kv.m olan birmərtəbəli ev yanıb.

"İki sahil" FHN-ə istinadən xəbər verir ki, 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.