06 mart 2020 20:48
3026

Balalarının böyüdüyünü heç vaxt görməyən fədakar ana

İstər insan, istərsə də heyvanlar olsun, Allah hər bir anaya elə bir ilahi güc və gözəllik bəxş edir ki, onun sözlərlə ifadə olunması belə olduqca çətindir.

Osminoqun (səkkizayaqlı ilbiz) analığı isə heç bir canlının analığına bənzəməz.        

Dişi osminoq cütləşmədən sonra bir oyuq taparaq orada gizlənər və yumurtlamağa başlayar. Yumurtaları yuvanın tavanına qarmaqla asılmış kimi asar. Yumurtalara davamlı şəkildə su çiləyərək onların təmiz qalmasını qoruyar və nə bahasına olursa olsun yuvasını tərk etməz. Balalar yumurtadan çıxana qədər aclığa dayanmazsa bir neçə qolunu yeyər və bu şəkildə bütün balalar yumurtadan çıxana qədər sağ qalar və yumurtaları qoruyar. Ancaq uzun zaman və aclıq nəticəsində osminoq əldən düşər və bütün balalar yumurtadan çıxanda o da yuvasında can verər. Yeni doğulan körpələrin sağ qalmaları üçün ana osminoqun cansız bədəni yaxşı qida mənbəyi olar. Buna görə də heç bir dişi osminoq balalarının böyüdüyünü görməz.

Həyat Qəhrimanlı