19 avqust 2019 15:44
781

Balotellinin transferi rəsmən təsdiqləndi

İtaliya A Seriyasına qayıdan "Breşiya" klubu Mario Balotellinin transferini açıqlayıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə çox illik müqavilə imzalanıb. Marionun mövsümlük 1,5 milyon avro maaş alacaq. Daha 1,5 milyon bonuslar şəklində əlavə edilə bilər.

"Nəhayət, mən doğma şəhərimə gəlirəm", - deyə Balotelli "Instagram"da paylaşıb.

Palermo şəhərində doğulan hücumçu iki yaşında Breşiyaya köçüb. Övladlığa götürülən Qana əsilli hücumçunun valideynləri hələ də Breşiyada yaşayır. 

İtaliya millisinin üzvü ötən mövsümü "Nitsa" ilə "Marsel"də keçirib və 25 oyuna 8 qol vurub, 1 assist edib.