23 sentyabr 2020 20:50
757

"Barselona" ilə vidalaşdı

"Barselona"dan ayrılacağı gözlənilən Neson Semedu klubla vidalaşıb.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi sosial şəbəkə hesabında Kataloniya klubunun  rəhbərliyinə və komanda yoldaşlarına təşəkkür edib:

"Barselona"ya xəyallarımı gerçəkləşdirməyə - bu formanı geyinməyə, "Nou Kamp"da oynamağa, dünyanın ən yaxşı klubunda öyrənməyə və əylənməyə şərait yaratdığı üçün təşəkkür edirəm. Həm oynamağıma, həm də şəxsən böyüməyimə köməklik etdiyiniz üçün minnətdaram. "Barselona"ya gəldiyim vaxtdan mənim yanımda olan həmkarlarıma, klub işçilərinə və bütün insanlara təşəkkür edirəm".
 
Qeyd edək ki, N.Semedu "Barselona"ya 2017-ci ildə "Benfika"dan keçib. Onun İngiltərənin "Vulverhempton" klubuna keçəcəyi və tərəflərin 5 illik müqavilə ilə bağlı razılığa gəldiyi haqda məlumatlar yayılıb.