27 noyabr 2020 11:35
636

"Barselona" prezidentliyinə namizəd: Stadiona Messinin adı veriləcək

İspaniyanın "Barselona" klubunun prezidentliyinə namizəd Emili Russo maraqlı təklif irəli sürüb.

"İki sahil" report-a istinadən xəbər verir ki, Russo seçiləcəyi təqdirdə, argentinalı ulduz futbolçu Lionel Messinin şərəfinə "Nou Kamp" stadionunun adını dəyişdirməyi planlaşdırdığını söyləyib.

O deyib ki, prezident olsa arenanı "Nou Kamp Leo Messi" adlandırmaq üçün referendum keçirəcəklər.

Qeyd edək ki, Lionel Messi "Barselona"nın yetirməsidir və 2004-cü ildən əsas komandada çıxış edir. Hücumçu yayda Kataloniya klubunu tərk etmək istədiyini bildirib. Lakin rəhbərlik onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb.