16 may 2019 16:19
324

“Barselona” Qrizmana beşillik müqavilə təklif edib

İspaniyanın “Barselona” klubunun rəhbərliyi fransız futbolçu Antuan Qrizmana beşillik müqavilə təklif edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 28 yaşlı fransalı hücumçuya Kataloniya klubu ilinə 17 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Qrizman cari mövsümdə “Atletiko Madrid” klubunun heyətində keçirdiyi 47 oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə edib. O, Madrid klubunda 2018-ci ildə Avropa Liqası və UEFA Super Kuboku, 2014-cü ildə İspaniya Super Kubokunu qazanıb. Fransalı hücumçu 2016-cı ildə öz ölkəsində ilin ən yaxşı futbolçusu seçilib.