17 fevral 2019 09:40
916

"Barselona" "Real Valladolid"ı minimal hesabla məğlub edib

Fevralın 16-da İspaniya La Liqasının 24-cü turunun növbəti oyunu keçirilib.

Son çempion "Barselona" doğma azarkeşlər önündə "Real Valladolid" komandasını qəbul edib. Görüş Kataloniya təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb (1:0). Oyunda yeganə qolun müəllifi 43-cü dəqiqədə Lionel Messi olub. O, hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Matçın 67-ci dəqiqəsində yenidən bu şansı qazanan argentinalı fürsəti əldən verib.

Bu qələbədən sonra "Barselona" xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlində liderliyi qoruyub saxlayıb, "Real Valladolid" isə 26 xalla 15-ci yerdə qərarlaşıb. Növbəti turda kataloniyalılar səfərdə "Sevilya" ilə, "Real Valladolid" isə doğma meydanda "Real Betis" ilə üz-üzə gələcək.

Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

"Selta Viqo"-"Levante" - 1:4;

"Rayo Vallekano"-"Atletiko Madrid" - 0:1;

"Real Sosyedad"-"Leqanes" - 3:0.