24 iyun 2020 11:32
304

"Barselona" və "Atletiko"dan qələbə

İspaniya “La Liqa”sında 31-ci tura start verilib.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

"Valyadolid" - "Xetafe" görüşündə qalib müəyyənləşməyib - 1:1. Digər matçda "Atletiko" səfərdə "Levante"ni 1:0 hesabı ilə məğlub edib.

Günün son oyununda "Barselona" "Atletik"i qəbul edib.

Oyun Kataloniya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona" - "Atletik" Bilbao - 1:0

Qol: Rakitiç, 71

"Valyadolid" - "Xetafe" - 1:1

Qollar: Mata, 41 (0:1), Enes Ünal, 45+5 (1:1)

"Levante" - "Atletiko" - 0:1

Qollar: Qonzales, 15-avtoqol

Qeyd edək ki, bu qələbə ilə xalını 68-ə çatdıran "Barselona" turnir cədvəlində ilk pilləyə yüksəlib. "Real" 65 xalla 2-ci (30 oyun), "Atletiko" 55 xalla 3-cüdür.