19 avqust 2019 15:53
718

"Barselona"da Messi sevinci

"Barselona"nın zədəli futbolçusu Lionel Messi sağalıb.

"İki sahil" Komanda.az-a istinadən xəbər verir ki, argentinalı oyunçu artıq komandayla birgə məşqlərə başlayıb. Bu barədə İspaniyanın "As" nəşri məlumat yayıb.

Bir müddət əvvəl zədələnən Messi, "Barselona"nın La Liqanın ilk turunda "Atletik"ə məğlub olduğu matçda (0:1) iştirak etməmişdi.