“Barselona”nın futbolçusu Nelson Semedunun “Vulverhempton”a keçidi rəsmiləşib.
“İki sahil” İngiltərə klubunun saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə 3+2 illik müqavilə imzalanıb.
Premyer Liqa təmsilçisinin bu keçidə görə Kataloniya klubuna 30 milyon avro ödəyəcəyi bildirilib.
Qeyd edək ki, 2017-ci ildən “Barselona”da çıxış edən portuqaliyalı oyunçu ümumilikdə 122 matça çıxıb və 2 qol vurub.