27 oktyabr 2020 14:19
657

Bartomeu: Messi  ilə daha bir çempionluq yaşayacağıq

"Barselona"nın prezidenti Josep Bartomeu istefa edəcəyi ilə bağlı yayılan xəbərlər və komandanın kapitanı Lionel Messi haqda danışıb.

“İki sahil” İspaniya mətbuatına istinadən xəbər verir ki, o, istefa verməyi düşünmədiyini deyib: "Messi və ətrafındakı oyunçularla nələr edəcəyimi bilirəm. Məncə, onunla daha bir çempionluq yaşayacağıq".

Klub rəhbəri Messinin yayda Kataloniya təmsilçisindən ayrılmaq istəməsi barədə də növbəti dəfə fikirlərini bildirib: "Messinin klubla müqaviləsi var. Onunla yeni layihələr reallaşdırmaq istəyirdik. Ancaq mənim Messinin klubdan ayrılmasını istədiyimi söyləyirdirlər. Heç vaxt bunu düşünməmişəm. O, hazırda "Barselona"da oynayır və inanıram ki, daha uzun illər meydanda olacaq. Messi karyerasını "Barselona"da bitirməlidir".