05 iyul 2021 08:16
879

Baş nazir əhaliyə müraciət etdi

“İsrail vətəndaşlarına müraciət edirəm. Qapalı yerlərdə maska ​​taxın. Bu işə yarayır”.

"İki sahil" xəbər verir ki, bu sözlər İsrailin baş naziri Naftali Bennetin əhaliyə müraciətində yer alıb.

Onun sözlərinə görə, əhali koronavirusla bağlı göstərişlərə əməl etməsə, təhlükəli virusa yoluxanların sayı artacaq: “Nəticədə Nazirlər Kabineti bəzi məhdudiyyətlərin qaytarılması ehtimalını nəzərdən keçirəcək. Bu məqsədlə, zərurət yaranarsa, koronavirusla mübarizə üzrə hökumət komissiyasının iclası çağırılacaq”.