25 iyun 2020 15:47
291

Baş prokurordan yeni təyinatlar

Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.  "İki sahil" xəbər verir ki,  Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Anar Cəfərov Ağstafa, Vasif Süleymanov Ağdam, Vahid Məmmədov Cəlilabad, İlkin Mustafayev Laçın rayonunun prokuroru, İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini, Qabil Qasımov isə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifələrinə təyin ediliblər. Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə Rəşad Bəşirova Qax, Vəli Mustafayevə Masallı, Adil Vəliyevə Saatlı, Rasim Musayevə Zaqatala, Əli Əliyevə Astara, Nəsif Nəcəfova isə Neftçala rayonunun prokuroru vəzifələrinin icrası həvalə olunub.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.

Saatlı rayon prokuroru vəzifəsini icra edən şəxs müəyyən edilib. “İki sahil” Trend-ə istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Baş prokurorun əmri ilə Baş Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəis müavini Adil Vəliyev tutduğu vəzifədən azad edilib, ona Saatlı rayon prokuroru vəzifəsini icra etmək həvalə olunub.