17 yanvar 2021 01:15
640

"Başakşəhər" və "Antalyaspor"dan heç-heçə

Türkiyə Superliqasında 19-cu turun matçları davam edir.

Dünən daha 4 oyun keçirilib.

Son çempion “Başakşəhər” “Sivasspor”la heç-heçə edib. “Kayserispor”u məğlubiyyətə uğradan “Qaziantep” liderlərlə xal fərqini minimuma endirib.

“Göztəpə” “Konyaspor”u üstələyib. “Trabzonspor” isə çətin Antalya səfərindən bir xalla dönüb.

Türkiyə Super Liqası, 19-cu tur

16 yanvar

“Konyaspor” – “Göztəpə” – 2:3
Qollar: Çikalleşi, 54, Hadziahmetoviç, 62 – Mihoyeviç, 17, Zulj, 30,53

“Qaziantep” – “Kayserispor” – 2:1
Qollar: Kvrziç, 31 (avtoqol), Maksim, 77 (pen.) – Kolovetsios, 61

“Başakşəhər” – “Sivasspor” – 1:1
Qollar: Aleksiç, 38 – Arslan, 42

“Antalyaspor” – “Trabzonspor” – 1:1
Qollar: Amilton, 25 – Afobe, 90