21 may 2019 18:35
295

“Başakşəhər”in 6 futbolçusu klubdan ayrılacaq

İstanbulun “Başakşəhər” klubu 6 futbolçusu ilə yollarını ayıracaq.

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Emmanuel Adebayor, Demba Ba, Serdar Taşçı, Marsio Mossoro, Emre Belözoğlu və Qael Cliçi klubdan ayrılacaq. İspaniyanın “Barselona” klubunun “Başakşəhər”də icarə əsasında forma geyinən yarımmüdafiəçisi Arda Turanın gələcəyi isə Kataloniya klubunun qərarından sonra bilinəcək.

Qeyd edək ki, “Başakşəhər” klubu Türkiyə Superliqasının 33-cü turunda “Qalatasaray” məğlub olaraq çempionluğu əldən verib.