04 noyabr 2019 21:46
166

“Bavariya” baş məşqçisi Niko Kovaçla yollarını ayırıb

Almaniyanın “Bavariya” futbol klubu baş məşqçisi Niko Kovaçla yollarını ayırıb.

48 yaşlı almaniyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Komandanın Bundesliqanın 10-cu turunda səfərdə “Ayntraxt”a 1:5 hesabı ilə uduzmasından sonra bu qərar verilib. Münxen təmsilçisini UEFA Çempionlar Liqasında “Olimpiakos” və Bundesliqada “Borussiya” ilə oyunlara N.Kovaçın köməkçisi Hans Flikin çıxaracağı bildirilib.

Komanda hazırda ölkə çempionatında 18 xalla 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, N.Kovaç 2018-ci ildən “Bavariya”nın baş məşqçi postuna gətirilib.