28 oktyabr 2020 00:01
695

"Bavariya" növbəti qələbəsini qazanıb, "İnter" isə heç-heçə edib

UEFA Çempionlar Liqasında II tura start verilib.

"İki sahil"-in məlumatına görə, açılış oyunları Ukrayna və Rusiyada keçirilib.

Kiyevdəki "Olimpiyski" stadionunda "Şaxtyor" və İtaliyanın "İnter" komandaları üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0. Bu nəticədən sonra xalını 4-ə çatdıran Ukrayna təmsilçisi B qrupunda liderliyini davam etdirib. "İnter" isə 2 xalla 2-ci pilləyə yüksəlib.

A qrupunda isə "Lokomotiv" Moskvada Çempionlar Liqasının son qalibi Almaniya "Bavariya"sı ilə qarşılaşıb. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 14-cü dəqiqədə Leon Qoretska açıb. 70-ci dəqiqədə Anton Mirançuk meydan sahiblərinin bərabərlik qolunu vursa da, 79-cu dəqiqədə Coşua Kimmix "Bavariya"nın qələbə topunu vurub. Bununla da Münhen təmsilçisi xalını 6-ya yüksəldərək, liderliyini inamla davam etdirib. "Lokomotiv" isə hələlik 1 xalla 2-ci yerdə gedir.

Qeyd edək ki, günün daha 6 görüşü gecəyarısı başlayacaq.