26 yanvar 2021 16:16
858

"Bavariya"da yeni hücumçu

"Bavariya" heyətinə yeni futbolçu cəlb edib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi son klubu "Bazel" olan Dimitri Aberlinlə bu ilin iyununa kimi müqavilə imzalayıb. 23 yaşlı hücumçunun əvəzedici komandaya qoşulacağı bildirilib.

Qeyd edək ki, Aberlin ötən ilin dekabrında İsveçrə təmsilçisi ilə müqaviləni ləğv etmişdi.