30 iyun 2020 16:13
451

"Bavariya"da yeni qapıçı

"Bavariya" heyətinə yeni qapıçı cəlb edib.
“İki sahil” “Qol.az”a istinadən xəbər verir ki, Münhen təmsilçisi "Şalke" ilə müqaviləsi başa çatan Aleksandr Nübelin transferini gerçəkləşdirib. 23 yaşlı qolkiperlə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Nübel bu mövsüm "Şalke"də 29 matçda iştirak edib.