04 noyabr 2019 14:43
102

“Bavariya”nın baş məşqçisi postuna əsas namizəd bəlli olub

Almaniyanın “Bavariya” komandasının baş məşqçisi postuna əsas namizəd bəlli olub.

“Report” “Corriere dello Sport”a istinadən xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi uğursuz nəticələrə görə istefaya göndərdikləri Niko Kovaçı Massimiliano Alleqri ilə əvəzləmək istəyir. 52 yaşlı italiyalı mütəxəssisin özünün də bu varianta müsbət yanaşdığı bildirilir.

“Bavariya” Bundesliqada geridə qalan 10 turdan sonra 18 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Massimilano Alleqri 2014-cü ildən ötən mövsümün sonunadək “Yuventus”a rəhbərlik edib. O, Turin təmsilçisi ilə 5 dəfə İtaliya çempionluğu, 4 dəfə ölkə kuboku və 2 dəfə Superkubok qazanıb. Təcrübəli mütəxəssis İtaliyada ardıcıl 4 mövsüm “qızı dubl” edən ilk baş məşqçidir.