01 iyul 2020 14:21
1598

“Bavarya”dan gənç transfer

Almanya Bundesliqa klubu “Bavarya” fransız klubu “PSJ”-dən Tanqi Kuassini transfer edib.

”İki sahil” xəbər verir ki, “Bavarya” klubundan verilən açıqlamada bildirilir ki, futbolçu ilə 30 iyun 2024 cü-il tarixə qədər müqavilə imzalanıb. Fransa alt yaş qruplarında da forma geyinən Kuassinin fransız vətəndaşlığı ilə yanaşı, Kot-idivuar ölkəsində də vətəndaşlığı var.

Qeyd edək ki, Kuassi "PSJ"nin yetirməsidir. O, ötən ildən əsas komandaya cəlb edilib. Bu mövsüm Liqa 1-də 6 matça çıxan Tanqi 2 qol vurub və "PSJ" ilə erkən başa çatdırılan Fransa çempionatının qalibi olub.