04 noyabr 2019 15:36
111

Bayraq Qürurumdur və 9 Noyabr həştəq paylaşımlarına start verilir

Təhsil Nazirliyi 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə "#BayraqQürurumdur" və "#9Noyabr" həştəq paylaşımlarına start verir. Ümumi təhsil müəssisələri şagirdlərinin qeyd edilən həştəqlərlə vətənpərvərlik, vətənə sevgi mövzusunda əl işlərini və yaradıcılıq nümunələrini sosial şəbəkələrdə paylaşması nəzərdə tutulur.

Məqsədi vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərin, dövlət rəmzləri və atributlarımızın təbliğinə töhfə vermək olan həştəq paylaşımları noyabrın 9-dək davam edəcək.