26 fevral 2020 16:31
1993

BDU-da tədbir: Xocalı harayı

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı ədəbi-bədii tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi anılıb.

BDU-dan bildiriblər ki, tədbirdə Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, professorlar Teymur İlyaslı, Yasin Cəfərov, Namiq Şıxəliyev, tələbə Fidan Hüseynli çıxış edərək bədnam ermənilərin Xocalıda törətdikləri faciələrin dəhşətlərindən danışıb, bu qanlı hadisənin heç vaxt yaddan çıxmayacağını vurğulayıblar.

Sonra Xocalı qırğını ilə bağlı videoçarx nümayiş olunub, birinci kurs tələbələri ədəbi-bədii kompozisiya təqdim ediblər.