29 yanvar 2019 12:08
131

Belarus elektrobusları Gəncədə sınaqdan keçiriləcək

Belarusun “Belkommunmaş” şirkəti Azərbaycana dörd elektrobus tədarük edəcək.

Trend bu barədə Belarus KİV-lərinə istinadən məlumat verir.

Məlumata əsasən, elektrobuslar Gəncədə bunun üçün xüsusi təşkil olunmuş marşrutda sınaqdan keçiriləcək.

Xatırladaq ki, bir müddət əvvəl imzalanmış saziş əsasında Azərbaycanda Belarus elektrobusları, avtobusları və kombaynlarının istehsalı başlayacaq.

Gəncə Avtomobil zavodunda Minsk Avtomobil Zavodunun (MAZ) avtobuslarının yığılması, “Belkommunmaş” şirkəti tərəfindən istehsal olunan elektrobus tərkib hissələrinin tədarükü və “Qomselmaş” zavodunda istehsal olunan kombayn tərkib hissələrinin tədarükü həyata keçiriləcək.