06 oktyabr 2019 13:50
120

Belarus səfiri: “Tbilisoba” bayramında Azərbaycan ilə birgə iştirakdan məmnunuq

Belarus və Azərbaycan səfirlikləri Gürcüstan paytaxtında keçirilən ənənəvi “Tbilisoba” bayramında birgə iştirak edirlər. Bizim guşələrimiz də yan-yanadır. Azərbaycan səfirliyi ölkənizi uğurla təmsil edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Tbilisoba” bayramında ölkəsini “Belarus guşəsi” ilə təmsil edən Belarus Respublikasının səfiri Mixail Myatlıkov söyləyib.

Azərbaycanın bu tədbirdə iştirakından məmnunluqla danışan diplomat deyib: “Tbilisoba” bayramında Azərbaycan və Belarus respublikaları öz stendləri ilə iştirak edirlər. Azərbaycan guşəsini ziyarət edənlər çoxdur. Azərbaycan guşəsinə gələnlər bizim də stendə baxırlar. Biz bundan çox məmnunuq”.