Belarusun Minsk əyalətinin Stolbçı şəhərində 15 yaşlı yeniyetmə 2 saylı orta məktəbin müəllimi və orada oxuyan 3 şagirdə bıçaqla hücum edib.
Bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunur ki, bıçaqlı hücum nəticəsində müəllim və şagirdlərdən biri ölüb, yaralanan digər 2 şagird isə xəstənaya yerləşdirilib. İnsidenti törədən yeniyetmə saxlanılıb.
“OMON-un (Xüsusi Təyinatlı Polis Dəstəsi) dəstəyi ilə cinayət-axtarış əməkdaşları tez bir zamanda qatili ələ keçiriblər. Hazırda məktəbdə əməliyyat-istintaq qrupu çalışır və cinayətin baş vermə səbəbləri və şəraiti müəyyənləşdirilir” – nazirliyin məlumatında deyilir.