14 iyun 2019 12:17
317

Belçika Suriyadan olan 6 uşağı öz vətəninə qaytarır

Belçikanın hakimiyyət orqanları bu ölkənin vətəndaşlarını - valideynləri İŞİD terror təşkilatının tərkibində vuruşan 6 uşağı vətəninə geri qaytarır.

AZƏRTAC xəbər verir ki, bəziləri yetim olan və ya valideynlərindən biri tərəfindən zorla aparılmış bu uşaqlar Suriyada qaçqınlar üçün düşərgələrdə aşkarlandıqdan sonra geriyə, Belçikaya qaytarılıblar. Belçikanın təhlükəsizlik xidmətinin zabitləri bu uşaqları, həmçinin hələ də bu düşərgələrdə qalan digər belçikalı uşaqları müayinə edən doktor Lutsu və onun komandasını müşayiət ediblər. Həkimlər komandası kiçik belçikalıları humanitar fəlakət zonasından çıxarıblar.