08 iyul 2020 16:10
1153

“Benfika”nın baş məşqçisi məlum oldu

Portuqaliyanın "Benfika" klubunu mövsümün sonuna qədər çalışdıracaq məşqçinin adı məlum olub.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonrakı oyunlara Nelson Verissumo çıxardacaq. 43 yaşlı mütəxəssis istefaya göndərilən Brunu Lageni əvəzləyib.

Qeyd edək ki, “Benfika” Portuqaliya Premyer Liqasında 67 xalla ikincidir. Lider “Portu”nun isə 73 xalı var.