28 yanvar 2019 13:42
206

Beş il əvvəl törədilmiş cinayətin üstü açılıb

Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ildə MMC-lərdən birindən içərisində 2270 ABŞ dolları və 130 min 692 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ç.İmaməliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yanvarın 26-da isə metronun “28 May” stansiyasının yaxınlığındakı taksofonlardan birinə müdaxilə edərək oradan pul oğurlamağa cəhd göstərən şəxs Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. Araşdırmalarla onun Gəncə şəhər sakini R.Əhmədov olduğu müəyyənləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.