27 oktyabr 2020 10:53
541

"Beşiktaş" səfərdə qazandı

Türkiyə Superliqasında 6-cı tura yekun vurulub.

“İki sahil”  xəbər verir ki, son oyun günündə "Beşiktaş" səfərdə "Dənizlispor"la qarşılaşıb. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.

İstanbul təmsilçisi 5 oyuna 7 xalla 13-cü, "Dənizlispor" isə 6 oyuna 5 xalla 19-cudur. Turnir cədvəlinə 16 xalla "Alanyaspor" başçılıq edir.

26 oktyabr

"Dənizlispor" – "Beşiktaş" - 2:3

Qollar: Mesanoviç, 76. Saçko, 90+4 – Hatçinson, 13. Abubakar, 39-pen. Larin, 48.