09 avqust 2019 12:34
123

"Beşiktaş"dan növbəti transfer

"Beşiktaş" növbəti transferini reallaşdırıb.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Qenqam"ın müdaiəçisi Pedro Rebeşunu icarəyə götürüb. Fransa klubunun rəsmi saytı  portuqaliyalı futbolçunu satın alma şərti ilə 1 illik "Beşiktaş"a icarəyə verdiyini açıqlayıb.

Qeyd edək ki, "Benfika"nın yetirməsi olan Rebeşu ötən mövsüm Fransa Liqasında 36 oyuna 8 qol ötürməsi edib.