09 yanvar 2020 14:42
248

"Beşiktaş"lı Ljajic zədələnib

"Beşiktaş" klubunun futbolçusu Adem Ljajic məşqdə zədələnib.

"İki sahil" xəbər verir ki, serbiyalı oyunçu zədədən sonra məşqdən ayrılıb. "Beşiktaş"ın bu səhər məşqində Adem Ljajicin ayaq biləyi zədələnib. Məşqlərdən imtina edən serbiyalı oyunçu məşq meydançasını piyada tərk edib.

Ljajicin vəziyyətinə tibbi müayinələrdən sonra aydınlıq gələcək.