11 avqust 2020 16:53
915

Beşmərtəbəli binada yanğın – 1 nəfər xilas edildi

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtbəsində ümumi sahəsi 40 m² olan mənzilin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

“İki sahil” FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.