14 may 2019 10:57
62

Beşmərtəbəli yaşayış binası yanıb

Daşkəsən rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

“İki sahil” FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.