16 mart 2020 17:39
1087

Bəylər Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edildi

Bəylər Əyyubov Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib

Prezident İlham Əliyev "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti yaradılıb.

Dövlət başçısının sərəncamı ilə Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, fərmanla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.